Bizimxeber

Online informasiya portalı

“Hökumətdə devalvasiya qorxusu yoxdur” – Elman Rüstəmov

3270 oxunma | Tarix: | 4 ay öncə

“İstənilən neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırıq. Bizim kifayət qədər potensialımız var”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov REAL TV-yə müsahibəsində deyib. 

Baş bankir vurğulayıb ki, hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlamaq mümkündür: “Əhalimiz buna nə qədər tez inansa, proses tez səngiyəcək. Problem ajiotaj yükündən irəli gəlir. Banklarda kifayət qədər valyuta var və hər gün biz bu valyutanı artırırıq. Bu gün əhalinin xərclədiyini kompensasiya edirik. Proses nə qədər çəkəcəksə, bunu edəcəyik”.

E. Rüstəmov əlavə edib ki, hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur: “Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir