Bizimxeber

Online informasiya portalı

İcra başçısı müavinini işdən çıxardı

2450 oxunma | Tarix: | 4 ay öncə
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müavinini işdən çıxarıb. “Bizimxeber”in məlumatına görə, rayon başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Neymətovu vəzifəsindən azad edib.

Bundan başqa, Köhnə Xudat inzibati ərazi dairəsi üzrə nümayəndə Şölə Mirzəyeva və Qalağan inzibati ərazi dairəsi üzrə nümayəndə Turabova Vahidə yaş həddinə görə vəzifələrindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir