Bizimxeber

Online informasiya portalı

Koronavirusla bağlı “Sədərək”, “Binə”, “Meyvəli”ni nə gözləyir?

2130 oxunma | Tarix: | 4 ay öncə
“Sədərək”, “Binə”, “Meyvəli” bazarları da dezinfeksiya olunacaq. Bunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyət planında adamların sıx olduğu məkanlarda dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması göstərilib:

“İri marketlər və eləcə də bazarlarda dezinfeksiya işləri aparılıb və bundan sonra da aparılacaq”.İbrahim Məmmədli marketlərdə çörək və qida məhsullarının satışı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xüsusi təlimat hazırlandığını da açıqladı:

“Həm satıcıların, həm də alıcıların davranışı ilə əlqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təlimatlar hazırlanır. Həmin təlimatda qida məhsullarının satışı ilə əlaqədar qaydalar var. Təlimatda bazar, market və mağazalarda qida məhsullarının alıcılara necə təqdim olunması, satıcıların onu alıcılara necə satması və s. kimi qaydalar öz əksini tapıb. Təlimat qısa zamanda hazırlanıb market, bazar və mağaza sahiblərinə paylanılacaq. İnanırıq ki, bu qaydalardan sonra həm satıcılar, həm də alıcılar qida məhsullarının satışından razı qalacaq”.

Bizimxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir