Bizimxeber

Online informasiya portalı

Murad Dadaşov “Xəzər”ə “Fəlakət”i gətirdi 

2190 oxunma | Tarix: | 4 ay öncə
Xalq artisti Murad Dadaşov “Xəzər” TV-yə rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər edib. Bizimxeber.az axşam.az-a istinadən xəbər verir ki, o, telekanala yeni kadrların cəlb olunmasına başlayıb. Dadaşovun telekanala transfer etdiyi ilk aparıcı isə “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovdur.

Elşən “Youtube”da yayımlanan “Fəlidən doğru xəbər” adlı layihəsi ilə sözügedən kanalda efirə çıxacaq. Onun verilişinin vaxtı bəlli olmasa da artıq anonsları efirdə yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir