Bizimxeber

Online informasiya portalı

Ramazan Mirzəyev qardaşlarını niyə biznesindən kənarlaşdırırb?

492 oxunma | Tarix: | 3 ay öncə
Daim dindən-imandan haqdan, ədalətdən danışan iş adamı özünü ən yaxın qohumlarına qarşı haqsızlıq etməklə məşğuldur Adı uzun müddətdir ki, mətbuatın gündəmindən düşməyən, qalmaqallaı iş adamı, həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun yaxın dostu və şəriki, “Məmmədoğullar” şirkətinin sahibi, Bakı Şəhər İcra Hakimiyyətinin “tender” kralı kimi tanınan Ramazan Mirzəyevlə bağlı obyektiv.info-ya ilginc məlumat daxil olub.
Həmin məlumatda bildirilir ki, “Məmmədoğullar” şirkətini qardaşları ilə birlikdə şərikli yaradan Ramazan Mirzəyev sonradan qardaşlarını şəriklikdən uzaqlaşdırıb. Ramazan Mirzəyevi yaxındna taniyan mənbəmizin iddiasına görə iş adamı qardaşlarında və qardaşı oğlanlarındna istifadə edərək şirkəti böyüdüb və sonda onlara xəyanət edib. Belə ki, paytaxt meriyasının milyonluq tender işlərinin görülməsindən Ramazan Mirzəyevin qardaşlarınında böyük əməyi olub.
Məhz bu tenderler sayəsində oliqarxa çevrilən iş adamı bir müddət sonra qəflətən qardaşları ilə yollarını ayırıb. Daim imandan, ədalətdən, insanlara kömək edən bir şəxs kimi imic formalaşdıran Ramazan Mirzəyevin öz doğma qardaşlarına və qardaşı uşaqlarına haqsızılıq etməsi isə onun imanının saxta olmasından xəbər verir.
Görünür Ramazan Mirzəyev qanunsuz şəkildə əldə etdiyi milyonları qardaşları ilə bölməkdən imtina edərək dünya malına tamah salıb. İnformasiya mənbəmiz qeyd edir ki, Ramazan Mirzəyevin gözünü tutan var-dövlət, şan-şöhrət onu bəsirət gözünü bağlayıb. Belə olmasayadı öz doğma qızını var dövlətə görə qardaşı oğlundan boşatdırmazdı.
Mənbəmiz onuda qeyd etdi ki, bu yaxınlarda “Qardaşlar Mebel-3” şirkətinin sahibi Əli Mirzəyevə cinayət işinin açılması və əmlakları barədə bəzi mətbu orqanlarda məlumatın yayılmasındada Ramazan Mirzəyevin əli var. Mənbəmiz bildirir ki, iş adamı öz qardaşı oğlu mətbuata bu cür məlumatlar ötürməklə onları kimlərinsə hədəfinə gətirmək niyyəti güdür.
Qeyd edək ki, növbəti yazımızda Ramazan Mirzəyevin Bakı meriyasında udduğu tenderlərdən milyonları necə əldə etməsi barədə oxucularımıza ilginc məlumatlar verəcəyik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir