Bizimxeber

Online informasiya portalı

“Sığorta Mamed” 28 ildə dövlət sığorta sisteminə nə verə bildi?

2010 oxunma | Tarix: | 4 ay öncə
Qeyd edək ki, «Sığorta Mamed» kimi tanınan Məmməd Məmmədov Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Mətbuatda yayılan məlumatlarda «Sığorta Mamed»in Türkiyədə, Çexiyada əmlaklarının olduğu bildirilub. Həta şirkət rəhbərinin Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirdiyi iddia olunub. Məmməd Məmmədovun belə böyük pulları necə qazanmasına dair də mediada məlumatlar yayılıb. Belə ki, mətbuatda çıxan xəbərlərə görə, şirkətin sığorta fəaliyyətində saxtakarlıqlara yol verilir. Hətta Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın «Sığorta Mamed»in rəhbərlik etdiyi şirkət tərəfindən mənimsənildiyini bildirmişdi. “Sığorta Mamed”in oğlanlarının adı da müxtəlif qalmaqllı hadisələrdə hallanıb.
Bu müddət ərzində “Sığorta Mamed” Azərbaycanın sığorta sisteminə nə verə bildi? Beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə bildirib ki, bir çox sahələrdə olduğu kimi, sığorta sahəsində də çatışmazlıqlar mövcuddur və onların həlli vacibdir:
“Hesab edirəm ki, bu, sırf fərdlərlə bağlı olan məsələ deyil. Qanunvericilik sahəsində təkmilləşdirmə aparılmalıdır. Əsasən icbari sığorta sahəsində narazılıqlar var. 99 faiz insan bundan narazı qalır. İstər qiymətləndirmə, istər sığortanın ödənilməsində bir çox neqativ faktorlar var. Avropada sığorta ombudsmanı funksiyasını həyata keçirən institutlar var. Bu təsisatlar sığorta sahəsində olan mübahisələrin həllini qarşılıqlı razılaşamalr yolu ilə həll edirlər. Dəymiş zərər düşgün müəyyənləşir və müqayisəli şəkildə qiymətləndirmələr aparılır.
Bu üsullardan istifadə tərəfləri məmnun edir. Azərbaycanda isə son 30 ildə yaranmış problemlərin bir çoxu qanunvericilikdə olan boşluqla əlaqəlidir. Məsələn, İranda avtoqəza baş verəndən sonra heç kim bir-biri ilə mübhisə etmir. Gözləyirlər ki, sığorta mütəxəsissi gəlib, dəymiş zərəri ödəyəcək. Bir çox qaydalar var ki, bu müddət ərzində bizim sığorta sisteminə oturdulmayıb. Sığorta ilə bağlı qanunverciliyimzdə ciddi islahatlara ehtiyac var.
Sığorta bir neçə sahəni əhatə edir. Məsələn, Azərbaycanda icbari tibbi sığorta haqqında qanun qəbul edilib, ancaq bunun işləkliyini təmin edən mexanizm hələ hazırlanmayıb. Əmanətlərin sığortalanması sahəsində də boşluqlar və problemlərimiz var. Ötən illər ərzində vətəndaşlarımız kütləvi olaraq bu hallarla üzləşib. Bütün bu sahələrlə bağlı ciddi tədbirlər görülməlidir. Şəxslərin öhdəsinə bunu buraxmaq olmaz. Qanunvericilik sərtləşdirilərək, icraçıdan buna müvafiq fəaliyyət tələb olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir